среда, 26 октября 2011 г.

ELEKTRONLARIN QƏRİBƏ XÜSUSİYYƏTİ

Maks Born İnstitutunun (Berlin, Almaniya) mütəxəssisləri fizika təcrübəsi zamanı elektronların müəyyən şəraitdə özlərini mənfi yüklü ətalətli kütlə daşıyıcısı kimi apardığını müşahidə ediblər. 
Nyuton qanunlarına əsasən, cismin istiqamət üzrə sürətlənməsi tətbiq olunan qüvvəyə, əksinə isə kütləyə mütənasibdir. Aparılan eksperimentin nəticələrindənsə belə çıxır ki, zərrəciklər dünyasında fizikanın bu qanunu pozula bilər. Elmi qrupun açıqlamasına görə, elektronların kristallarda hərəkətində Nyuton qanunları zəif elektrik sahəsi altında qorunur, elektrik sahə gücləndirildikdən sonra müəyyən keçid astanasında elektronların mənfi işarəli xarakter alması ilə pozulur. 
Alman alimləri elektronların hərəkətini qallium arsenid yarımkeçiricisində izləyiblər. Təcrübə otaq temperaturunda aparılıb. Nümunəyə 300 femtosaniyə ərzində (Femtosecond (fs) - 1 fs = 10-15 saniyə) elektrik sahəsi impulsu, hər metrə 30 milyon volt düşən gərginlik verilib. Yüksək dəqiqlikli həssas avadanlıqlar vasitəsilə elektronların hərəkəti ölçülüb. Mütəxəssislər zərrəciklərin ilk 100 femtosaniyə ərzində qanuna müvafiq olaraq doğru istiqamətdə sürətləndiyini qeydə alıblar. Bu qısa müddətdə elektronlar saniyədə 1111 kilometrə yüksələn sürət yığıb. Daha sonra, eyni zaman müddətində elektronların hərəkəti kəskin yavaşlatdığı və hətta dayanaraq geri döndüyü qeydə alınıb. Fiziklər bunu ətalət kütləsinin mənfi işarəyə dönməsi ilə əlaqələndirirlər. 


Eksperiment müəllifləri alınan nəticənin İsveçrə fiziki, Nobel mükafatı laureatı Feliks Bloçun 80 il qabaq apardığı nəzəri hesablamalarla uzlaşdığını bildiriblər. Onlar bu effektdən gələcək nəsil müəyyən təyinatlı elektronikada istifadə olunacağını istisna etmirlər. 
Eksperimentin təfsilatı “Physical Review Letters” 
("Fizika ədəbiyyatı xülasəsi")
jurnalında dərc olunub.

Комментариев нет:

Отправить комментарий