среда, 26 октября 2011 г.

FİZİKA DƏRSLƏRİNDƏ FOLKLORDAN İSTİFADƏ



Fizika dərslərində folklordan istifadə
V. Ş. AĞAMALIYEVA
Bakı şəhəri Binəqədi rayonu 246 saylı məktəb-lisey
“Cəmiyyətin gələcək tərəqqisi bir şox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.”
H. ƏLİYEV
          Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətində bu gün müasir tələblər baxımından məqsədyönlü iş gedir.                               Azərbaycan Respublikasında dövlət müstəqilliyimizin bərpasından sonra təhsildə  yeni dövr başlandı. Ümumi təhsilin yenilənməsi dünya təhsil sisteminin inteqrasiyasının təməl prinsiplərini müəyyənləşdirdi.
          Yeni “Təhsil haqqında” qanun Prezident Cənab İlham Əliyev tərəfindən imzalanaraq qüvvəyə mindi. Təhsilimiz dövlət qayğısı ilə əhatə olunub. İndi islahat yönümlü işlər gedir. Mən də sevdiyim ixtisasımı böyük həvəslə, sevə-sevə şagirdlərimə öyrədirəm. Əldə etdiyim bilikləri şagirdlərə çatdırıram. İşlədiyim müddətdə həmişə çalışmışam ki, tədrisin məqsədi, vəzifəsi və məzmunu ilə bağlı tələblərə cavab verən dərslər qurum.
          Kurrikulum islahatlarının mahiyyət və əhəmiyyəti, onun tətbiqi  mexanizmləri bütün müəllimlərin qarşısında çoxlu vəzifələr qoyur.
          Müasir dərsi qurmaq üçün əvvəlcə dərsi planlaşdırıram və bu zaman yeni dərs elementlərini tətbiq etməyə çalışıram. Dərslərimin daha düşündürücü olmasına cəhd edirəm və hər dərsin tədrisində irəliləyiş olduğunun şahidi oluram. Bu baxımdan fizika dərslərinin humanitarlaşdırılmasında folklor materiallarından istifadə etmək faydalı olur. Bu şagirdlərin təfəkkür fəallığını, dünya görüşünü , onların marağını artırır.
          Aşağı sinifdə yaxşı oxuyan şagirdlər X və XI siniflərə gəldikdə zəif oxumağa, dərsə hazırlıqsız gəlməyə başladılar. Fənnə olan ögey munasibətin səbəbini  öyrəndim.Saqirdlərlə söhbət apardım.Məlum oldu ki,onlar humanitar fənnlərdən əla və yaxsı qiymətlər alırlar.Həmin sagirdlərə elə gəlir ki,fizikanı oxumamaq da olar,cunki gələcəkdə bu fənn onlara lazım olmayacaq. Sagirdlərdə fizikaya maraq oyatmaq ücün onlara tapsırıqlar verdim. Dedim ki, oxuduqları nağillardan, bədii əsərlərdən, şeirlərdən fizikaya aid olan faktları toplayıb ayrıca dəftərə qeyd etsinlər.Onların hesabatını dinlədim.Özüm də  mövzuların izahi zamanı vaxtaşırı xalq incisi nümunələrindən istifadə etdim.Bir necə gün ərzində hər şey yaxşı sonluqla bitdi.Həmin şagirdlər müasir elmi texniki inqilabın əsasını təşkil edən fizikanın əhəmiyyətini yaxşı dərk etməyə başladılar,artıq onlar yaxşı oxuyanlar sırasindadırlar.Yerində deyilən atalar sözləri və məsəllər şagirdlərin mustəgil düsünmə qabiliyyətlərini  inkişaf etdirir.Şagirdlərin etik və estetik tərbiyəsində  də məzmunca muxtəlif olan xalq incisi nümunələri mühüm rol oynayır. Bu incilərin  qısa və obrazlı olmasına fikir verirəm .Məsələn, bir düz xətt boyunca eyni istiqamətdə yönəlmiş qüvvələrin əvəzləyicisindən danışarkən “El bir olsa,dağ oynadar yerindən” , “El gücü, sel gücü” atalar sözlərini misal çəkirəm. Şagirdlər bu zaman kollektiv əməyin birliyinin  əhəmiyyətini  aydın dərk edirlər. Molekulların qarşılıqlı təsiri mövzusunu şərh edərkən “Yaxında düşmənim, uzaqda dostumsan” xalq deyimlərindən istifadə edirəm. Mexaniki hərəkəti, sürəti şərh edərkən “Piyada atlıya yoldaş deyil”,  “Düz  yolu qoyub, əyri yolla getmə” xalq deyimlərindən istifadə edirəm. Təzyiqin qiymətinin səthin sahəsindən asılılığını izah edərkən “Çox iti xəncər öz qınını kəsər”, Arximed qanununu şərh edərkən “Elə bil quyuya  daş atdılar” kimi  xalq incisi nümunələrini misal çəkirəm. Eyni zamanda şagirdlərin bildikləri xalq inciləri nümunələrini öz dəftərimdə qeyd edirəm. Yüklənmiş cisimlərin qarşılıqlı təsiri mövzusunda şagirdlər öyrənirlər ki, eyni işarəli elektrik yükünə malik olan cisimlər bir-birini itələyir, əks işarəli yüklər isə bir-birini cəzb edirlər. Şagirdlərimin “İki qoçun başı bir qazanda qaynamaz” xalq incisi nümunəsi məni heyran etdi. Fizikanın fənlərlə inteqrasiyası çox maraqlı olur.
          Müntəzəm olaraq xalq yaradıcılığı xəzinəsini mütaliyə edir, fizika elmi ilə bağlı olan atalar sözlərini, məsəllərini toplayır və ayrıca qovluqda saxlayıram. Növbəti dərsdə N. Gəncəvinin əsərlərinə müraciət edəcəyimizi sinifdə qərara alırıq.
          Ümumiyyətlə, hər bir dərsimin bundan sonra da keyfiyyətli olması üçün yeni interaktiv üsullardan daha geniş istifadə edəcək, yeni kurrikulumu uğurla tətbiq edəcəyəm.


Комментариев нет:

Отправить комментарий